12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Ukrayna prezidenti Zelenski Türkiyəyə gəlib
Tarix: 07-07-2023 23:55 | Bölmə: Siyasət
Ukrayna prezidenti Zelenski Türkiyəyə gəlib

Ukrayna prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında bildirib.

Ukrayna prezidenti qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Türkiyə KİV-ləri isə Ərdoğan və Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüşün başladığını yazır.

İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüşün keçiriləcəyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}