14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
“Sahar TV”nin teoloji-ideoloji zəhəri
Tarix: 11-07-2023 08:20 | Bölmə: Siyasət

İranda dini-ideoloji dəyərlərin “alovlu təbliğatçısı” rolunda çıxış edən “Sahar” telekanalı öz efirindən pozuculuq fəaliyyəti üçün gen-bol istifadə edir. Azərbaycan cəmiyyətində inanca və dövlətçiliyə qarşı yad təmayülləri yaymağı və formalaşdırmağı hədəfləyən bu “şər mikrofonu” iki qonşu xalq və dövlət arasında nifaq salmaq istəyir. Hər zaman olduğu kimi, vətəndaşlarımızı mövcud quruluşa qarşı qaldırmaq “niyyəti” güdür.
Bəli, 1992-ci ildə fəaliyyətə başlamış “Sahar TV” son vaxtlar bütün hədləri aşaraq, ölkəmizə münasibətdə aşağılayıcı ritorika ilə müşayiət olunan təxribatlarını daha da genişləndirib. Onun verilişlərini izləyəndə tamaşaçıda elə təsəvvür yaranır ki, bu televiziya kanalı Azərbaycanın müstəqilliyinə düşmən kəsilib. Telekanal Vətənimizdə baş verən müsbət dəyişiklikləri həzm edə bilmir. Ölkəmizin dönməz inkişaf və tərəqqi yoluna qədəm qoyması, beynəlxalq müstəvidə söz sahibinə çevrilməsi, sanki, kal armud kimi ilişib qalıb boğazında. “Sahar”ın Azərbaycana münasibətdə mənşəyi və səbəbi bəlli qısqanclıqları, xüsusən, 44 günlük müharibədəki Zəfərimizdən sonra daha da çoxalıb. Dövlətimizin ünvanına saxta ittihamları, yalanları, şər-böhtan dolu hədyanları sıralamaqdadır.
Müstəqillik illərində Tehranla Bakı arasında münasibətlərin normal məcrada getdiyi, nisbətən soyuduğu və bəzi səbəblərdən diplomatik münaqişə həddinə çatdığı zamanlar olub. Amma bütün bu trayektoriyanın media orqanına, böyük ölçüdə aidiyyatı yoxmuş kimi görünür. Telekanal ənənəvi “ampluasındadır”. Yəni, “Sahar TV” ideoloji zəhər saçmağındadır. Bununla bağlı misallar yetərincədir.
Barışığa pəl vuran mikrofon
Çox uzağa getmədən bir faktın üzərində dayanaq. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının iclasında iştirak etmək üçün Bakıya gəlmiş İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edərək, onunla bir saatdan artıq söhbət apardı. İki ölkə arasındakı gərginlik doğurmuş mövzuların səmimi şəkildə müzakirə olunduğu görüşdə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını deyən nazir ali diplomatik missiyamızın fəaliyyətinin tezliklə bərpa olunacağına ümid bəslədiyini bildirdi.
Dövlətimizin başçısı da, öz növbəsində, terror aktında müqəssir şəxslərin layiqli cəza alacaqlarına inandığını vurğuladı. Jurnalistlərə açıqlamasında məmnunluğunu ifadə edən cənab Abdullahian iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlara planlaşdırılan təmasını da müsbət hal kimi qiymətləndirdi.
“İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”. Bunu isə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. hmumən, xoş mərama söykənmiş, qarşılıqlı etimadın, eləcə də iki ölkə arasında soyumuş diplomatik münasibətlərin bərpasının müjdələndiyi bu mənzərəni Azərbaycanın aparıcı media qurumları səxavətlə tirajladılar. Bəs, “Sahar TV” nə etdi?
Təsəvvür edin ki, yüksək səviyyəli görüşdən cəmi üç gün sonra – iyulun 8-də “Axşam rubrikaları”nın efirindən oxuduğu xəbəri “Nazim Bəydəmirlinin həbsi vicdan üzərinə növbəti hücumdur” başlığı ilə anonslayan aparıcı şərhçi qonaqla canlı əlaqə qurur. Özünü siyasi ekspert sayan neobolşevik xislətli Qəhrəman Nurani adlı biri mövzuya dair açıqlamasında Azərbaycan hakimiyyətinin, Qafqaz Müsəlmanları İdarəsinin ünvanına şər-böhtan yağdırır. Heç bir məntiqə və əndazəyə sığmayan ibarələrdən istifadə edən psevdo-ekspert çıxışında faktlara deyil, şəxsi mülahizələrinə, təxəyyülünə “istinad” edir, Azərbaycanı təhlükə mənbəyi kimi göstərməyə çalışır.
Bəli, “Sahar”çıların təfəkkürlərininin mücərrəd güşəsini ölkəmizə qarşı qəzəb və hiddət zəbt edib. Onlar üçün müstəqil Azərbaycan “təxribatçı” ölkədir. Dünyanın dörd tərəfində yaşayan 50 milyonluq xalqımız bu psevdomedia qurumunun gözünə qorxunc qüvvə kimi görünür. Bəsit və “kustar” studiyasından Azərbaycan tamaşaçısına ünvanladığı böhtan və həqarət dolu xəbərləri, ölkəmizlə bağlı açıq düşmənçilik təbliğatı məhz həmin “potensial təhlükənin” yaratdığı xofdan qaynaqlanır.
İctimai şüurda şübhə toxumları səpməyi hədəfləyən “Sahar TV”nin “Səhər sabahları”, “Axşam rubrikaları” xəbər buraxılışlarında, “KOMPAS” “dəyirmi masa” söhbətlərində ölkəmizə və xalqımıza qarşı səslənən tezislərin, milli kimliyimizi aşağılayan hədyanların haradan qaynaqlandığını güman etmək çətin deyil. Təlimatlarını ağalarından alan telekanalın zombiləşmiş aparıcılarının, proqrama dəvət olunan, onlayn qoşulan ekspertlərin suveren Azərbaycanın ünvanına üfürdükləri bəzi “teoloji-ideoloji nümunələri” diqqətə çatdıraq.
Ekspert hansı bağlardan danışdığının fərqində deyil
“Axşam rubrikaları” (4 iyul 2023-cü il. Xəbər proqramının adı belə savadsızlığın, efir dilinə diletant yanaşmanın göstəricisidir - İ.B.) buraxılışının aparıcısı Azərbaycan mətbuatından bir xəbəri iqtibas edir: “Bakıda İrana casusluq edən şəxs saxlanılıb”. Onun səsinə studiyaya canlı bağlanan həmin Qəhrəman Nurani bu cür hay verir: “Azərbaycanda müsəlman birliyi hərəkatı kimi sağlam qüvvələr hədəfə alınıb. Məqsəd cəmiyyətdə İran İslam Respublikasına olan rəğbəti söndürmək və şiəlik amilinə son qoymaqdır. Halbuki, bu məzhəb Azərbaycan xalqının qanındadır. İrana, sağlam düşüncəli insanlara qarşı böhtan xarakterli kampaniyaya rəvac verilərsə, bu, bir o qədər əks-effektə səbəb olacaqdır. Yəni, insanların dinə, əhli-beytə olan eşqi və rəğbəti artacaqdır. Eyni zamanda, İranla dərin tarixi, dini, mədəni bağlar da güclənəcəkdir. Bu bağları qırmaq, sadəcə olaraq, mümkün deyil...”
İslamın dünyəvi və ülvi dəyərlərini, saf əxlaqi mahiyyətini deyil, ayrı-seçkiliyi, məzhəbçiliyi təbliğ edən telekanal bununla bir milyarddan çox müsəlmanın, o cümlədən Azərbaycan türklərinin dini heysiyyatı ilə oynamağı qarşısına məqsəd qoyub. Müsəlmanlar arasında təfriqəçilik, bölücülük toxumları səpməyə xidmət edən “Sahar”ın başabəla eksperti çıxışında suveren Azərbaycan vətəndaşlarının İrana rəğbətindən dəm vurur. Əlbəttə, o bu rəğbətin ünvanının güneyli soydaşlarımız olduğunu çox gözəl bilir.
Bəli, onun dediyi dərin tarixi, dini, mədəni bağlar bizi hansısa rejimlə yox, məhz Arazın o tayındakı qan qardaşlarımızla bir-birimizə bağlayır. İrana casusluq ittihamı ilə həbs edilən şəxslərə gəldikdə isə onların kamera qarşısında acı və miskin etiraflarını, yəqin, ağayi Nuraninin özü də izləyib. Heç şübhəsiz, təlimatlandırılmış ekspertin məlum casus şəbəkəsinin dini-siyasi pozuculuq fəaliyyəti barədə müvafiq dövlət qurumlarımızın fakt və sübutlara söykənmiş rəsmi açıqlamalarından da xəbəri var.
Qucaqlaşmaq üçün səmimiyyət
“İshaq Hersoqun Bakıya səfərindən sonra sionistlərlə bazarlığın fəsadları hər gün bir şəkildə üzə çıxır. İsrail Prezidenti Bakıdan gedəndən sonra bir sıra tapşırıqlar verib. Azərbaycan XİN iranofobiya ruhlu bəyanat səsləndirib”. Bu hədyanı “Sahar TV”nin “Kompas” verilişinin (26 iyun 2023-cü il tarixli yayım) qonağı olan İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib. Rəsmi Bakının təkcə bölgədə deyil, Qərblə, dünya ölkələri ilə münasibətlərdə tam müstəqil siyasət yeritdiyini, beynəlxalq qurumlarda söz sahibi olduğunu kim bilməsə də, sabiq səfir yaxşı bilməlidir.
Suveren respublikamızın İsraillə qarşılıqlı əməkdaşlığına, Təl-Əvivdə səfirliyimizin açılmasına, eləcə də Prezident İshaq Hersoqun ölkəmizə rəsmi səfərinə aşkar qıcıq nümayiş etdirən telekanalın aparıcısı isə Bakını hədələməkdən belə çəkinmir: “Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatından çıxarmaq, ya da üzvlüyünü dayandırmaq lazımdır”.

Bəli, Azərbaycan hökuməti vətəndaşlarımızı zərurət olmadığı təqdirdə İrana getməkdən çəkinməyə çağırıb. Deməli, ortada vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran məqamlar var və bunu iranofobiya kimi qələmə vermək sağlam məntiqlə bir araya sığmır. Məgər hər bir dövlətin vəzifəsi - istər daxildə olsun, istərsə də xaricdə - vətəndaşının təhlükəsizliyini təmin etmək deyilmi?
Amma sabiq səfir Pakayinin son vaxtlar İran–Azərbaycan münasibətlərində yaranmış soyuqluğu isitməkdən ötrü “Sahar TV”nin efirindən irəli sürdüyü “diplomatik” təklif maraqlıdır: “Son otuz ildə yolumuz bəzən yumşaq, bəzən sərt olsa da, sonda qucaqlaşmışıq. Düşünürəm ki, indi də belə olacaq”. Gözəl arzudur, yaxşı təklifdir. Amma qucaq açıb bağrına basmaq üçün ortada həqiqətə sədaqət və səmimiyyət olmalıdır. Biz bu məqamı hər zaman düşünmüşük, buna can atmışıq, ərazi bütövlüyünü təmin etmişik, vətəndaşlarımızın qayğısına qalmışıq. Eyni zamanda, ummuşuq.
Amma...
Səbr çox müşküllərin açarıdır
Məzhəbindən asılı olmayaraq, müsəlmanların məsciddə bir yerdə vəhdət namazını qıldıqları Azərbaycan Respublikası tolerantlığın nümunə göstərildiyi ölkə adını əbəs yerə qazanmayıb. Möhkəm tarixi köklərə, milli ənənəyə söykənən bu ilahi həmrəyliyi “Sahar TV” kimi dini-ekstremist media “feyk-mikrofonu” heç vaxt poza bilməz. Onun dövlətçiliyimizə və milli kimliyimizə qarşı apardığı təbliğatın heç bir təsiri olmayacaq, eləcə də təkcə biz azərbaycanlıların deyil, dünya müsəlmanlarının inancına vurmaq istədiyi məzhəbçilik yamağı qəti yapışmayacaq. İslami dəyərlərdən danışan bu telekanalın cəmiyyət daxilində dini nifaq salmaq, məzhəb qarşıdurması yaratmaq cəhdləri də fiaskoya uğrayacaq. O səbəbdən ki, biz halallıq məbədi sandığımız ədalətə sığınan, səmimi qəlbdən sitayiş etdiyimiz Haqqa tapınan millətik. Bizim daim qoruduğumuz və riayət etdiyimiz bu sakral dəyərlər nəinki yamaq, heç cüzi ləkə də götürməz.
Məram və məqsədi bir çox hallarda rəsmi Tehranın mövqeyi ilə tərs-mütənasib gələn telekanalın Azərbaycana qarşı kin-küdurəti heç bir sərhəd tanımır, püsgürdüyü yalanlar, hədyanlar, yersiz və məqamsız siyasi təşbihlər, ironiyalı bənzətmə və müqayisələr sadəcə ürək bulandırır. Onun efirdən ictimai rəyə sırımağa çalışdığı bəd niyyətlərin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikası ilə münasibətlər hər zaman prioritet istiqamətlərdən olub.
Əvvəldə vurğuladığımız kimi, zaman-zaman Bakı-Tehran əlaqələrində anlaşılmazlıq və fikir ayrılıqları baş versə də, tərəflər müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlamağı bacarıblar. Bu gün də növbəti sınaq dövrünü yaşayan Azərbaycan – İran münasibətlərinin tezliklə arzuedilən səviyyəyə çatacağına da münbit zəmin və inam var. “Sahar”ın məqsədi bu inamı sarsıtmaqdırsa, güman edirik ki, məsələyə İran hakimiyyəti də reaksiya verməlidir...
Bu ideologiyanın Azərbaycanda zəmini yoxdur
İki qonşu ölkə və xalq arasında “Sahar TV”nin həqiqi İslamdan uzaq, təxribatçı təbliğatının fəsadlarının, bu elektron tribunadan ictimai şüura səpilən ədavət toxumlarının təmizlənməsi üçün, şübhəsiz, müəyyən vaxt tələb olunacaq. Qənaətimiz budur ki, bu “qılaflı mikrofon” özünün ictimai rəyi manipulyasiyaya yönəlik, orta əsrlər dini düşüncəli teoloji-ideoloji küfr informasiya siyasəti ilə Azərbaycana qarşı planlı təxribatlarını həyata keçirməkdən ötrü bundan sonra da fürsət axtarışında olacaq. Fəqət, onun “lümpen proletariata”, sıravi möminlərə hesablanmış ideoloji pozuculuq info-ritorikası Azərbaycan cəmiyyətində, heç bir halda, öz inikasını tapmayacaq, yalnız əks-təsirə səbəb olacaq. Ona görə ki, siyasi avantüristlərin, “ura-patriotların” son sığınacaq yeri demokratiya olduğu kimi, reallığı deformasiyaya uğratmağa çalışanların arsenala aldığı vasitə də dezinformasiya, şər-böhtandır, primitiv söz oyunudur.
“Sahar TV”nin, əslində, “vicdansızlıq üzərindən hücum” xarakteri daşıyan xəbərçilik “siyasətini” iki qonşu ölkənin yumşalmağa doğru yön alan münasibətlərinə arxadan vurulan namərd zərbəsi kimi dəyərləndirmək lazımdır. Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı sayəsində casus şəbəkəsi üzvlərinin, narkoticarətlə məşğul olan cinayətkarların ifşasına və həbsinə dini rəng qatmağa çalışan telekanalın efirdən çilədiyi zəhər sonda özlərinin tuluğuna düşəcək. Dinimizdə qınanılan yalanın, bəd niyyətin aqibəti məhz bu cür olmalıdır.
Müqəddəs kitabımız “Qurani-Kərim”in ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, səmimi münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Əl-Bəqərə” surəsinin 208-ci ayəsində Allah-taala belə buyurmuşdur: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!”
Azərbaycan öz yolunu seçib. Bu yol Rəbbimizin buyurduğu düzgün və halal yoldur. Bu yolda bizimlə yanaşı addımlayan hər kəslə dost və qardaşıq!
İmran BƏDİRXANLI,
“Xalq qəzeti”
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər