NATO-nun Liderlər Zirvəsindən Putinə mesaj yollayıblar
Tarix: 11-07-2023 13:27 | Bölmə: Siyasət
NATO-nun Liderlər Zirvəsindən Putinə mesaj yollayıblar

Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO sammiti işə başlayıb.

Reyting.az
xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Moskvaya “NATO müttəfiqləri Rusiyanın nə etdiyini diqqətlə izləyir” ifadəsi ilə mesaj göndərib.

Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı iki günlük sammitdə NATO üzvü olmayan İsveç, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri də iştirak edirlər.

Sammitdə İsveçin NATO-ya üzvlüyü, alyansın yeni hərbi planları və Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət müzakirə olunur.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiq liderlərin Vilnüs sammitində keçiriləcək görüşü Ukraynaya “üzvlük yolunda aydın və müsbət mesaj” verəcək: “Biz aydın mesaj, irəliyə doğru müsbət bir mesaj göndərəcəyik”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsi Rusiya üçün “qırmızı xətt”dir.

Stoltenberq Belarusda nüvə silahı yerləşdirdiyini elan etsə də, Rusiyanın nüvə mövqeyində dəyişiklik görmədiyini deyib və əlavə edib: “Rusiyanın nüvə ritorikası ehtiyatsız və təhlükəlidir. NATO müttəfiqləri Rusiyanın nə etdiyini diqqətlə izləyir”.

Y. QACAR






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}