Politoloq: “Raşizmə görə rus xalqı da cəzalandırılmalıdır”
Tarix: 12-07-2023 11:14 | Bölmə: Siyasət
Politoloq: “Raşizmə görə rus xalqı da cəzalandırılmalıdır”

"Ukraynada törətdiyi soyqırımı və insanlıq əleyhinə cinayətlərinə görə Rusiya ilə yanaşı rus xalqı da məsuliyyətə cəlb olunmalıdır".

Reyting.az
xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli deyib.

X. Cəfərlinin fikrincə, bu günə kimi bəşər tarixində mövcud olmuş faşizmin ən təhlükəlisi olan raşizmi doğuran toplum məsuliyyətdən kənarda qala bilməz.

Politoloq xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra Almaniya dövləti və alman xalqı faşizmə görə məsuliyyət daşıyıb: "Almaniya bölünmüş, alman xalqı isə 1945-1949-cu illər arasında ümumiyyətlə dövlət qurmaq hüququndan məhrum edilmişdi. Rusiya Federasiyası və rus xalqı da Ukraynaya qarşı soyqırımı və hərbi cinayətləri özündə birləşdirən raşizm siyasətinə görə məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır. Bu, bəşəriyyətin və beynəlxalq hüququn minlərlə uşaq və yeniyetmə qarşısında şərəf borcudur".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}