NATO-nun Vilnüs Sammiti: Türkiyə hərbi hava qüvvələri dünya liderlərini qoruyur
Tarix: 12-07-2023 12:14 | Bölmə: Siyasət
NATO-nun Vilnüs Sammiti: Türkiyə hərbi hava qüvvələri dünya liderlərini qoruyur

Litvanın paytaxtı Vilnüsdə NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə toplantısının təhlükəsizliyində Türkiyə Hərbi Hava Qüvvələri də mühüm rol oynayır.

Reyting.az
xəbər verir ki, iki türk hərbi təyyarəsi bu məqsədlə hazır vəziyyətə gətirilib və Almaniyanın hava bazasında havaya qalxmağa hazırdır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli müdafiə naziri Yaşar Gülər, Xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın hazırda Vilnüsdə müzakirələrə qatılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib ki, Vilnüsdə keçirilən NATO Sammitinin təhlükəsizliyi prosesində Türk Hərbi Hava Qüvvələri də iştirak edir.

“Zirvədən əvvəl Hərbi Hava Qüvvələrimizə aid təyyarələr Almaniyanın Geilenkirchendəki bazasında yerini alıb. Havadan Erkən Xəbərdarlıq Təyyarəsi və bir KC-135R Tanker Təyyarəsi təhlükəsizliyin təmin edilməsində iştirak edir. Təyyarəmizin iyulun 12-dək NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) Hava Missiyası Sərəncamına uyğun olaraq müşahidə uçuşları və yanacaqdoldurma missiyaları yerinə yetirməsi planlaşdırılır”,- deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}