18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Erməni deputat Qarabağ ermənilərini Bakı ilə danışıqlara səsləyir
Tarix: 14-07-2023 14:16 | Bölmə: Siyasət
Erməni deputat Qarabağ ermənilərini Bakı ilə danışıqlara səsləyir

“Qarabağın erməni əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlara başlamalıdır”.

Reyting.az
xəbər verir ki, bunu iyulun 14-də Ermənistan parlamentində jurnalistlərə açıqlamasında parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan “İrəvanın Xankəndindəki mitinqlərə münasibəti ilə bağlı” suala cavabında deyib.

Komissiya sədrinin sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla görüşlərdə məsələ qaldırır. S. Xandanyan əmindir ki, Ermənistanın tərəfdaşları məqsədyönlü hərəkətlərin vaxtının yetişdiyini başa düşürlər: “Bununla belə, bizim mövqeyimiz dəyişməz qalır. Xüsusilə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı. Bununla belə, Xankəndinin Bakı ilə dialoquna ehtiyac var”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}