18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ermənistandakı mülki missiya nəyə nəzarət etdiyini dəqiq bilirmi?
Tarix: 16-07-2023 12:38 | Bölmə: Siyasət
Ermənistandakı mülki missiya nəyə nəzarət etdiyini dəqiq bilirmi?

Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası bəyan edib ki, avropalı müşahidəçilər hər gün Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarının təxminən 3800 km-də patrulluq edir.

Reyting.az
-ın məlumatına görə, nadir hallarda çıxış edən Avropa İttifaqının Ermənistandakı missiyası “Twitter”-də bildirib:

“Mülki missiya olaraq bizim mandatımız təhlükəsizlik vəziyyəti haqqında hesabat vermək və insidentlərdən sonra yerində yoxlanılmış məlumat toplamaqdır”.

Politoloq İlqar Vəlizadə isə xatırladır ki, Ermənistan-Azərbaycan sərhədinin ümumi uzunluğu 1007 km-dir: "Belə çıxır ki, avropalılar öz öhdələrinə götürdükləri ərazilərdən az qala 4 dəfə çox nəzarət edirlər? Yeri gəlmişkən, Naxçıvan sektoru, bildiyimiz qədər bura daxil edilməməlidir”.

Vəlizadə əlavə edib ki, Ermənistanın sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. Hansı ki, onların nəzarət etdikləri ölçüdən iki dəfə böyükdür. Belə olduqda ortaya sual çıxır: Avropanın müşahidəçi missiyası əslində nəyə nəzarət edir?

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}