18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Professor: “Bir qrup Putinə, digər qrup Baydenə, üçüncü qrup isə Xomeneiyə dədə kimi baxır”
Tarix: 18-07-2023 10:11 | Bölmə: Siyasət
Professor: “Bir qrup Putinə, digər qrup Baydenə, üçüncü qrup isə Xomeneiyə dədə kimi baxır”

“Bir vaxtlar Rusiyaya aludə olduq. Nəticədə ölkədə bir sürü rus heyranı yarandı. İndi ruslara qarşı bir söz deyəndə özümüzünkülər şahə qalxır”.

Reyting.az
xəbər verir ki, bunu professor Xaləddin İbrahimli deyib.

Onun sözlərinə görə, eyni proses Amerika ilə bağlı da gedir. Yəni Azərbaycanın bir sürü gənci Amerika heyranı olub. Amerika ilə bağlı tənqidi fikrə öncə onlar reaksiya verirlər. Bu qrup demokratiya ilə Amerika arasında bir bağ qurublar.

Professor əlavə edib ki, bir hissə də fars, digər hissə isə ərəb heyranıdır:

“Baxın, bugünkü Azərbaycan Dubaya daha çox bənzəməyə başlayıb. Görəsən, bizim insanlar niyə kiminsə heyranı olmağa bu qədər həvəs göstərirlər? Görəsən, özümüzünküləri nəyə görə sevə bilmirik? Bir hissə Vladimir Putinə, digər hissə Co Baydenə, başqa qrup Xameneiyə dədə kimi baxır. Rus, ingilis, fars dilini öyrənəndə öz dilimizə, bu dildə danışanlara feodal dönəmin qalıqları kimi baxırıq. Başqa dilə və kültürə belə zavallı heyranlığın haradan qaynaqlandığını tapmaq vacibdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}