Politoloq: "Ya dialoq, ya da..."
Tarix: 19-07-2023 10:51 | Bölmə: Siyasət
Politoloq: "Ya dialoq, ya da..."

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Xankəndi və Bakı arasında dialoqun problemləri həll edəcəyini və mövcud vəziyyətə köməklik göstərəcəyini deyib. Xüsusi nümayəndə qeyd edib ki, ermənilərlə azərbaycanlılar arasında təmasları bərpa etmək lazımdır. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması, daha sonra Ermənistandan çatdırılmalara əlavə olaraq Ağdamdan Xankəndiyə humanitar yüklərin daşınması hesabına baş verməlidir.

Məlum açıqlamanı Reyting.az-a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Brüssel Bakının vəziyyətin hakimi kimi mövqeyini qəbul edir.

İ. Vəlizadə bildirib ki, çünki söhbət Azərbaycan ərazisindən və Azərbaycan Respublikasının dövlət ərazisi daxilində yerləşən etnik azlıqdan gedir və yerli ermənilərlə Azərbaycanın rəsmi hakimiyyət orqanları arasında birbaşa təmasları nəzərdə tutur.

Vəlizadə əlavə edib ki, siyasi və hüquqi baxımdan bunun alternativi yoxdur: "Ya dialoq, ya da çamadan, vağzal, İrəvan!".

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}