Ədliyyə Nazirliyi Müsavat Partiyasını qeydiyyata almayıb
Tarix: 19-07-2023 15:54 | Bölmə: Siyasət
Ədliyyə Nazirliyi Müsavat Partiyasını qeydiyyata almayıb

“Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq”.

Reyting.az
xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir”,- A. Hacılı bildirib.

Müsavat başqanı əlavə edib ki, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində həll edəcəklər. “Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”,- deyə A. Hacılı bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}