Erməni politoloq: “Azərbaycan Qarabağ ətrafında ilgəyi sıxmaq üçün gücləri parçalayır”
Tarix: 19-07-2023 16:18 | Bölmə: Siyasət
Erməni politoloq: “Azərbaycan Qarabağ ətrafında ilgəyi sıxmaq üçün gücləri parçalayır”

“İndi baş verənlər Azərbaycanın Qarabağ üzərində daha çox nəzarətinin tədricən bərqərar olmasıdır”.

Reyting.az
xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında politoloq Aleksandr İskəndəryan deyib.

O, Brüsseldə baş verənləri ayrıca hadisə deyil, nəticə əldə etmək üçün erməni tərəfinə təzyiq prosesinin tərkib hissəsi adlandırıb. A. İskəndəryan qeyd edib ki, bu prosesdə Bakının Qarabağın Ermənistanın olmaması ilə bağlı bəyanatları formasında müzakirə alətindən istifadə olunur. “Bu zaman blokada təzyiqi və diplomatik təzyiqlərdən də sinxron şəkildə istifadə edirlər”, - A. İskəndəryan bildirib.

Onun fikrincə, Bakının qlobal məqsədi ondan ibarətdir ki, ona ermənilər yox, Qarabağ lazımdır: “Elə bir vəziyyət yaranıb ki, azərbaycanlıların istədikləri Qarabağa keçir, istəmədiklərini isə buraxmırlar. Bu, reallığın bir hissəsinə çevrilir və proses tədricən sərtləşdirilərək, legitimləşdiriləcək. Və əgər belədirsə, malın Laçından, yoxsa Ağdamdan keçməsinin nə fərqi var? Malların ora azərbaycanlıların icazəsi ilə gəlməsi vacibdir.

Təəccüblü deyil ki, humanitar yardımdan danışırlar. Bu o deməkdir ki, Bakı hansı yükü göndərəcəyini özü seçəcək. Azərbaycan bəyan edir ki, mallar Qarabağa özü təyin etdiyi şəxslərlə danışacaq. Onlar Qarabağda erməni əhaliyə rəhbərlik edənləri cinayətkar hesab edərək onlarla danışmaq fikrində deyillər”.

A. İskəndəryan əlavə edib ki, Azərbaycan Qarabağ ətrafında ilgəyi sıxmaq üçün lazım olan güclərin parçalanmasını həyata keçirir və buradakı erməni “elitası”nın imkanları azdır.

İsgəndəryanın fikrincə, erməni tərəfi resurslarını birləşdirməli olsa da, bu, problemdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}