Politoloq: "Ya qazsız və elektriksiz qış aylarına hazırlaşmalıdırlar, ya da..."
Tarix: 20-07-2023 09:01 | Bölmə: Siyasət
Politoloq: "Ya qazsız və elektriksiz qış aylarına hazırlaşmalıdırlar, ya da..."

"Sovet illərində həm Ağdamın, həm də Şuşanın bazarlarında Xankəndidən alış-veriş etməyə gələn ermənilər görmüşəm. Ağdam bazarı bölgədə məşhur idi. İnşallah, Ağdamın ticarət imkanları yenidən bərpa olunar".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu xatırladıb ki, hazırda separatçıların təlimatı ilə Əsgəran-Ağdam yolunu qapadan gənc ermənilər yalnız Ermənistandan məhsul gətirmək istəyirlər: "Ancaq bu mümkün deyil. Çünki qonşu ölkədən mal gətirib və aparmaq üçün Azərbaycanın sərhəd və gömrük qaydalarına riayət edilməlidir. Bunun üçün isə Ermənistan Azərbaycanla sülh sazişi və ikitərəfli müqavilələr imzalamalıdır. Bu olmadıqca Qarabağ erməniləri üçün yeganə alternativ yenə Ağdamdır".

Şahinoğlu qeyd edilib ki, əgər ermənilər bunu da istəmirlərsə, ya qazsız və elektrikin fasilələrlə verildiyi ağır qış aylarına hazırlaşmalıdırlar, ya da Qarabağı tərk etməlidirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}