Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb
Tarix: 20-07-2023 17:03 | Bölmə: Siyasət
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatının 1 il müddətinə uzadılması barədə qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, xüsusi nümayəndənin mandatı 2024-cü il avqustun 31-dək uzadılıb.

Qeyd edək ki, T.Klaar 2017-ci il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Onun vəzifəsinə regionda münaqişələrin sülh yolu ilə həllinə yardım göstərmək, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığı təşviq etmək daxildir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}