Rusiya və Qərb mətbuatı Ərdoğanı hədəfə çevirib - Politoloq
Tarix: 21-07-2023 10:12 | Bölmə: Siyasət
Rusiya və Qərb mətbuatı Ərdoğanı hədəfə çevirib

"Həm Rusiyada, həm də Qərbdə müxtəlif resurslar Türkiyə prezidentinin Fars körfəzi ölkələrinə turunu təxminən belə bir tonda işıqlandırır: “Ərdoğan Fars körfəzi ölkələrinə pul üçün getdi”.

Təbii ki, Türkiyənin iqtisadi vəziyyəti çətindir, amma kasıb ölkə deyil və prezident Ərdoğan zəngin monarxiyalardan neft dolları diləməklə regional tur etmir".

Reyting.az
xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Onun fikrincə, reallıqda söhbət böyük qarşılıqlı sərmayələrdən, o cümlədən ərəb dövlətlərinin iqtisadiyyatına türk sərmayələrindən, ölkələr arasında ticarət-iqtisadi əlaqələrin xarakterini intensivləşdirməyə hesablanmış uzunmüddətli layihələrdən gedir.

İ. Vəlizadə əlavə edib ki, söhbət ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsindən və Türkiyənin Qətərin tərəfini tutduğu “Qətər böhranı”nın nəticələrinin aradan qaldırılmasından gedir: “Qətərlə qonşuları arasında münasibətlər sürətlə bərpa edildikdən sonra Ankara da bu prosesdə fəal iştirak edir".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}