Sabah Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək - Yenilənib
Tarix: 24-07-2023 18:54 | Bölmə: Siyasət
Sabah Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək

Sabah Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

***

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Reyting.az
Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}