Bayramov-Lavrov-Mirzoyan görüşü başa çatıb - (Yenilənib)
Tarix: 25-07-2023 21:25 | Bölmə: Siyasət
Bayramov-Lavrov-Mirzoyan görüşü başa çatıb - (Yenilənib)

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

Xatırladaq ki, bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, görüş Moskvada keçirilir.

***

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli görüşü başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, üçtərəfli danışıqlar bağlı qapılar arxasında keçirilib.





***




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}