Kolumbiya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Tarix: 28-07-2023 16:02 | Bölmə: Siyasət
Kolumbiya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayalanı qəbul edib.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, Kolumbiya səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Luis Fernando Kuartas Ayalanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, post-münaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hal-hazırda, bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə maneçilik törətdiyi bildirilib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}