Azərbaycan XİN: “Məsuliyyət Ermənistanın və onun rəhbərliyinin üzərinə düşür”
Tarix: 29-07-2023 09:23 | Bölmə: Siyasət
Azərbaycan XİN: “Məsuliyyət Ermənistanın və onun rəhbərliyinin üzərinə düşür”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana növbəti xəbərdarlıq edib.

Reyting.az
-ın xəbərinə görə, XİN-nin bölgədəki son vəziyyətə dair bəyanatında bildirilir ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.

Azərbaycan XİN-nin bəyanatında deyilir ki, son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}