Hakan Fidan: “Laçın yolunda Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”
Tarix: 31-07-2023 14:09 | Bölmə: Siyasət
Hakan Fidan: “Laçın yolunda Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”

“Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ərazidən tibbi xidmət üçün şərait yaradılıb: “Azərbaycana qarşı ittihamlar əsassızdır”.

Ceyhun Bayramovun sözlərinə görə isə Hakan Fidanla bugünkü görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə ediblər.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir və mühüm əhəmiyyət kəsb edir: “Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}