Politoloq: "Rusiyanın və Putinin çətin günləri hələ qabaqdadır"
Tarix: 01-08-2023 10:26 | Bölmə: Siyasət
Politoloq: "Rusiyanın və Putinin çətin günləri hələ qabaqdadır"

"İngilis ağlı Putini elə vəziyyətə salıb ki, Rusiya kimi bir dövlətin başçısı ölkədən kənara çıxa bilmir. Allahın bədəvisi, qaradərilisi də onu adam yerinə qoymur. Səudiyyə Ərəbistanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Sülh Sammiti keçirmək istəyir, ancaq Rusiyanı bu sammitə dəvət etmir".

Bunu Reyting.az-a politoloq Xəqani Cəfərli deyib.

Onun sözlərinə görə, prezident Putinin Moskvada keçirdiyi Rusiya-Afrika Sammitini 55 Afrika ölkəsindən 38-nin dövlət başçısı boykot edib.

"Bir neçə ay öncəyə kimi dünyanın bir neçə toxnulmaz paytaxtlarından biri hesab olunan Moskvanı indi Ukrayna dronları sanki “su başı”na çevirib. Amma hələ bunlar da son deyil. Hətta başlanğacdır. Rusiyanın və Putinin çətin günləri hələ qabaqdadır. Özünü patriarx hesab edən cırtdanın payıza doğru “payız”ını müşahidə edəcəksiniz",- deyə X. Cəfərli əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}