İlqar Məmmədov: "...İrəvan müxalif qüvvələrin nəzarətinə keçə, hətta Paşinyan hökuməti yıxıla bilər"
Tarix: 01-08-2023 12:26 | Bölmə: Siyasət
İlqar Məmmədov: "...İrəvan müxalif qüvvələrin nəzarətinə keçə, hətta Paşinyan hökuməti yıxıla bilər"

"Danışıqların yenə dalana dirəndiyini görən hər kəs tezliklə Qarabağda hərbi əməliyyata başlanacağını fərz edir və bu əməliyyatın mümkün zamanını tapmağa çalışır. Bəzi şərhçilər davanın hətta indi, avqustda olacağını deyir. Əlbəttə, hər şey ola bilər. Bizdən asılı olan və olmayan amillər çoxdur. Amma əlaqəli bir hadisəyə də diqqət yetirmək lazımdır".

Reyting.az
xəbər verir ki, bunu Real Partiyanın sədri İlqar Məmmədov deyib.

İ. Məmmədov xatırladıb ki, sentyabrın 17-də İrəvanda şəhərin bələdiyyə və mer seçkisidir.

Onun sözlərinə görə, Ermənistanda şəhərləri seçkili bələdiyyə idarə edir, icra başçısı yox. Bu baxımdan, 17 sentyabr Paşinyan hökumətinin indiyə qədər tutduğu ümumi siyasi xəttə dair referendum kimi bir şey olacaq. Çünki söhbət paytaxtdan gedir və ölkə əhalisinin az qala yarısı orada yaşayır.

İ. Məmmədov əlavə edib ki, o vaxta qədər Azərbaycan Qarabağda uğurlu əməliyyat keçirib, misal üçün, bəzi mühüm məntəqələri hərbi nəzarətə götürsə, sentyabrın 17-də İrəvan şəhərinin bələdiyyə seçkilərində müxalif qüvvələrin qazanmaq ehtimalı çox yüksələcək. “Hətta həmin dalğada Paşinyan hökuməti də yıxıla bilər. Onun yerinə Ermənistanın Rusiya ilə ən sıx müttəfiqliyini qaytarmaq istəyən qüvvələr gəlsə, Qarabağdakı Rusiya sülhməramlıları özünü necə aparacaq? Ümumiyyətlə, sülh daha yaxın olacaqmı? Çətin”,- deyə partiya sədri əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}