Pənah Hüseyn: "Surət Hüseynovla düşmən münasibətim olub"
Tarix: 01-08-2023 14:52 | Bölmə: Siyasət
Pənah Hüseyn: "Surət Hüseynovla düşmən münasibətim olub"
Pənah Hüseyn

"Çox yaxın qohumumun vəfatı ilə bağlı kədimizdə yas mərasimindəyəm. Jurnalistlərdən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, amma bu, mənim adətim deyil. Bu rəyi də məcburiyyətdən yazıram.

Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə, pis danışmaq da uyğun sayılmır".

Reyting.az xəbər verir ki, bunu AXC-Müsavat hökumətində baş nazir postu tutmuş Pənah Hüseyn bildirib.

"Mənim Surət Hüseynovla istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibətim olub. Ona münasibətim düşmənə münasibət olub və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın", - P. Hüseyn Türkiyədə vəfat edən sabiq baş nazir S. Hüseynovun vəfatına belə reaksiya verib.

Qeyd edək ki, "qiyamçı polkovnik" Sürət Hüseynov 1993-cü ilin yayında qiyam qaldıraraq AXC hakimiyyətini devirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}