Fərid Şəfiyev: “Serbiya və Kosovo arasında yeni müharibə olacağına inanmıram”
Tarix: 02-08-2023 11:55 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Serbiya və Kosovo arasında yeni müharibə olacağına inanmıram”

“Serbiya və Kosovo arasında yeni müharibə olacağına inanmıram”.

Reyting.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Serbiyanın hədəfi hələ də Avropa İttifaqına üzv olmaqdır.

“Serbiyanın məqsədi müəyyən dərəcədə Avropa institutları ilə yaxın olmaqdır. Ona görə də Kosovo ilə bağlı açıqlama hesab edirəm ki, ritorikadır. Gərginlik var, ancaq fikrimcə, diplomatiya yolu ilə bu öz həllini tapacaq”, - F. Şəfiyev vurğulayıb.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən şənbə deyib ki, Kosovonun baş naziri Albin Kurti Serbiya ilə NATO arasında silahlı toqquşmaya can atır, ancaq buna baxmayaraq, rəsmi Belqrad bütün gücü ilə sülhü qorumağa çalışır. A. Vuçiç söyləyib ki, vətəndaşlar onu hərbi geyimdə görənə qədər narahat olmasınlar, Serbiya rəhbərliyi “oğulları tabutda analara qaytarmaq” istəmir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}