Nazirlik Xalq Partiyasını təkrar qeydiyyata almaqdan imtina edib
Tarix: 03-08-2023 18:07 | Bölmə: Siyasət
Nazirlik Xalq Partiyasını təkrar qeydiyyata almaqdan imtina edib

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının təkrar qeydiyyata almaqdan imtina edib.

Reyting.az
xəbər verir ki, bu barədə Pənah Hüseyn açıqlama verib.

O bildirib ki, nazirliyə təqdim etdikləri siyahıda imzası olan 73 nəfərin vəfat etdiyi müəyyən olunub:

"2676 nəfərin partiya üzvü olduğu təsdiq edilib. 3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır. 337 nəfərin başqa partiyaların üzvü olduğu məlum olub. 29 nəfər 18 yaşına çatmamış şəxs kimi qiymətləndirilib, 146 nəfərin adı təkrar qeyd olunub. 171 nəfər isə AXP üzvü olmadığını deyib".




Bölməyə aid digər xəbərlər