Deputat nazirliyə yenidən siyahı təqdim edəcək
Tarix: 04-08-2023 12:32 | Bölmə: Siyasət
Deputat nazirliyə yenidən siyahı təqdim edəcək

"Milli Cəbhə Partiyası - MCP-nin yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi bizə cavab göndərib. Biz nazirliyə 5396 partiya üzvünün məlumatını göndərmişdik. Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir".

Bunu Peyting.az-a partiyanın sədri, Milli Məclisin üzvü Razi Nurullayev deyib.

R. Nurullayev əlavə edib ki, 210 nəfərin MCP üzvü olmadığını bildiriblər və bu məsələni araşdırırlar: “53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib. Bu təbiidir, çünki, ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər”.

R. Nurullayev deyib ki, nazirliyə təqdim etdikləri siyahıda ciddi problemlər yoxdur və çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəklər:

“Təqdim etdiyimiz 5396 nəfərdən 3504 nəfər qəbul edilib. 845 nəfərin sadəcə, bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək, bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlərinin siyahısı da var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə Nazirliyinin nə deyəcəyini gözləmirdik və bu zaman ərzində partiya mənsubları ciddi işləyib".

ELÇİN




Bölməyə aid digər xəbərlər