Mülki ermənilərin Laçındakı buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunur
Tarix: 08-08-2023 13:03 | Bölmə: Siyasət
Mülki ermənilərin Laçındakı buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunur

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir(Report).




Bölməyə aid digər xəbərlər