Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti verə bilmir
Tarix: 08-08-2023 22:28 | Bölmə: Siyasət
Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti verə bilmir

Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsi Avropa İttifaqının (Aİ) səlahiyyətinə aid deyil. Reyting.az xəbər verir ki, bunu avqustun 8-də Avropa İttifaqının Xarici Xidmətinin sözçüsü Peter Stano bildirib.

Stano deyib ki, Avropa İttifaqı təhlükəsizlik təşkilatı deyil.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin verilməsini NATO və ayrı-ayrı ölkələr müzakirə edə bilərlər, bu məsələ təşkilat olaraq Avropa İttifaqı üçün mümkünsüzdür.

Stano qeyd edib ki, Avropa İttifaqı Ukraynanı bir sıra sahələrdə, o cümlədən hərbi sahədə, məsələn, Rusiyanın təcavüzündən qorunmaq üçün silah tədarükünü maliyyələşdirməklə dəstəkləyir. Xüsusilə təhlükəsizlik zəmanətlərinə gəlincə, P. Stano deyib:

“Biz onları dəstəkləyə bilərik, lakin Aİ təhlükəsizlik təminatçısı deyil. Bu cür təminatları təklif etmək üzv dövlətlərin səlahiyyətindədir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər