Politoloq: "Onların siyasətçiləri yaxşı bilirlər ki..."
Tarix: 09-08-2023 12:06 | Bölmə: Siyasət
Politoloq: "Onların siyasətçiləri yaxşı bilirlər ki..."

“Avqustun 6-da Yaponiyada Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə mərasim keçirildi. Mərasimdə Yaponiyanın baş naziri Fumio Kişida və Xirosimanın meri Kazumi Matsuinin etdiyi çıxışlar çox ibratimizdir. Fumio Kişida və Kazumi Matsui çıxışlarında atom bombası atan ölkənin, yəni ABŞ-ın adını çəkmədilər”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, belə vəziyyət Yaponiya siyasəti üçün ənənəyə çevrilməkdədir və rəsmilər ictimai çıxışlarında adətən bu ölkənin şəhərlərinə atom bombası atan ABŞ-ın adını hallandırmırlar.

"Xirosima və Naqasakiyə atom bombasının atılması Yaponiyanın orta və ali məktəb üçün tarix dərsliklərində ətraflı şərh olunub. Ancaq yapon siyasətçilər bu məsələni siyasi demoqogiyaya çevirmirlər. Yaponlar bunu Ağ evin xoşuna gəlmək üçün deyil, ABŞ sərmayəsini hürkütməmək üçün edirlər. Bağırmağı siyasət hesab edənlərdən fərqli olaraq, yaponlar bilirlər ki, sərmayə çox hürkəkdir. Sərmayəni hürkütsəniz, bir daha yaxalamağınız mümkün olmaya bilər. ABŞ səramayəsi olmadan isə heç bir ölkə qüdrətli dövlətə çevrilə bilməz”, - deyən X. Cəfərli əlavə edib ki, Cənubi Koreya rəsmiləri də yapon siyasətçiləri kimi davranırlar: “Cənubi Koreya rəsmiləri ABŞ sərmayəsini hürkütməmək üçün əllərindən gələni edirlər. Məncə, bu hadisə dünya siyasətinin mahiyyətini anlamaq üçün hər kəsə dərs ola bilər”.

Politoloq qeyd edib ki, Yaponiya dünyanın üçüncü böyük iqtisadiyyatına, Cənubi Koreya isə 14-cü böyük iqtisadiyyata malikdir. Həyat səviyyəsinin yüksəkliyinə görə hər iki ölkə dünyada ən öncül yerlərdədir. Çünki onların siyasətçiləri yaxşı bilirlər ki, bağırmaq siyasət deyil. Bağırmağı siyasət hesab etsəniz, o zaman vətəndaşlarınızın borcu günbə-gün artacaq. Bunun da nəticəsində vətəndaşlarınızın ömrü xarici bank və fondlara borc faizləri ödəməklə keçəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər