Nazirlik Asim Mollazadəyə "yox" deyib
Tarix: 09-08-2023 17:11 | Bölmə: Siyasət
Nazirlik Asim Mollazadəyə "yox" deyib

Ədliyyə Nazirliyi Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) da reyestrlə bağlı müraciətini geri qaytarıb.

Reyting.a
z xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri, deputat Asim Mollazadə məlumat verib.

Deputat nazirliyə təqdim olunan siyahıda müəyyən problemlərin olduğunu vurğulayıb: "Ad, soyad, telefon nömrələridə üst-üstə düşməyən hallar var. Hazırda texniki problemlərin aradan qaldırılması üzərində işlər aparılır”.

Asim Mollazadə əlavə olaraq bildirib ki, proses yekunlaşandan sonra təkrar reyestrə müraciət olunacaq.




Bölməyə aid digər xəbərlər