18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Politoloq: "...Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil"
Tarix: 12-08-2023 09:49 | Bölmə: Siyasət
Politoloq: "...Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil"

"Erməni təbliğatına və Qərbdə ona dəstək verənlərə qarşı əlimizdə çoxlu arqument var, sadəcə, onlardan kifayət qədər istifadə edə bilmirik. Məsələn, Ukrayna Qərb üçün ən həssas və vacib mövzulardandır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı rəsmi Kiyevin, o cümlədən prezident Zelenskinin yardım xahişlərinə müsbət cavab verib".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb, eləcə də yaxın vaxtlarda Azərbaycandan Ukraynaya yenidən generator və transformatorlar çatdırılacaq. Yəni Azərbaycan Ukraynaya humanitar yardım göstərir və bunu genişləndirməyə davam edəcək. Bununla yanaşı Azərbaycan müharibədə zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasını da həyata keçirir.

E. Şahinoğlu sual verib ki, Azərbaycanın etdiklərinin hansı birini Ermənistan Qərbin dəstəklədiyi Ukrayna üçün edir? “Hətta Ermənistandakı siyasi qüvvələr və Qarabağdakı separatçılar Rusiyanın qorxusundan Ukraynanın adını çəkməyə çəkinirlər. Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil",- deyə E. Şahinoğlu əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}