18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan Ukraynaya yeni yardım paketi təqdim etməyə hazırdır
Tarix: 13-08-2023 10:42 | Bölmə: Siyasət
Azərbaycan Ukraynaya yeni yardım paketi təqdim etməyə hazırdır

Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.

Zelenski bildirib ki, Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir.

Ukrayna liderinin sözlərinə görə, ölkənin 174 min kvadrat kilometr ərazisi partlamamış mina və sursatlar səbəbindən potensial təhlükə mənbəyidir.

Zelenski əlavə edib ki, mütəxəssislər hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır: “Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}