18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İlqar Məmmədov: "Azərbaycanı beynəlxalq ictimai rəydə gözdən salırlar”
Tarix: 14-08-2023 10:52 | Bölmə: Siyasət
İlqar Məmmədov: "Azərbaycanı beynəlxalq ictimai rəydə gözdən salırlar”

"Bir tərəfdən hökumət, digər tərəfdən Moskva, üçüncü tərəfdən isə bəzi Qərb ölkələri bir-birinə qarşı olsa da, Azərbaycanı elə rəvan və məqsədli templə beynəlxalq ictimai rəydə gözdən salırlar ki, 21 ay sonra biz sülhməramlıları ərazilərimizdən çıxartdırmaq istəyəndə, Qarabağa başqa xarici qüvvələrin gətirilməsi təcili önəm daşıyan yetişmiş beynəlxalq mövzuya çevrilə bilər".

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib.

Onun fikrincə, həmin an Moskva deyəcək ki, başqasının gəlməyindənsə, razılaşın, elə mənim qüvvələrim orada qalsın: "Moskva əleyhdarları isə deyəcək ya rus çıxsın, ya da sən bizə qiymətli iqtisadi kontraktlar ver. Bunlar ikisi süpürüşmək üçün meydança hazırlayır, hökumət isə hər ikisinin əlinə oynayır. Nəticədə, Qarabağdakı separatçı rejim yenə zaman qazanacaq”.

Bəs beynəlxalq ictimai rəyi ölkəmiz niyə itirir?

İlqar Məmmədov bu suala cavabında deyib:

“Birinci səbəb müharibədən sonra hökumətin demokratik açılım yerinə ölkə daxilində sərt nəzarət yolunu tutmasıdır.
Üstəgəl, birinci səbəblə əlaqəli şəkildə, beynəlxalq ictimai rəyə xitabən gətirdiyimiz arqumentlərin 2020-ci ildən sonra təzələnməməsidir".

Partiya sədri sual da verib:

"Laçın yolunun girişində 19 yük maşınını sərhədimizə dirəyib dünyaya humanitar böhran nağılları danışmaq mümkündürsə, niyə Azərbaycan Ağdam-Xankəndi yoluna 20 yük maşını düzüb sifətlərinə dirəmirik ki, "Al, bu da sənin humanitar yükün", - demir. Bizim hökuməti bunu etməkdən nə çəkindirir?".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}