18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Anjey Kaspşik bölgəyə gəlir - XİN sözçüsündən açıqlama
Tarix: 16-08-2023 17:56 | Bölmə: Siyasət
Anjey Kaspşik bölgəyə gəlir - XİN sözçüsündən açıqlama

“Hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözşüsü Ayxan Hacızadə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirərkən deyib.

O, sosial media hesabında yazıb ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən buraxılış prosesi tənzimlənir: "Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə səfərə hazırlaşır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}