Natiq Cəfərli: "Hərbi qələbədən sonra hökumətimiz arxayınlaşdı və..."
Tarix: 17-08-2023 10:00 | Bölmə: Siyasət
Natiq Cəfərli: "Hərbi qələbədən sonra hökumətimiz arxayınlaşdı və..."

"Son zamanlar dünya mediasında ermənilərin "tezisləri" önə çıxıb, səs-küyləri artıb, yalan maşınları işə düşüb, PR sahəsində qabağa keçiblər. Yenə "etnik təmizləmə" kimi nağıllar danışırlar - halbuki, monoetnik dövlət olan da, türkləri yüzillərdir yaşadıqları torpaqlardan qovub etnik təmizləmə aparan da ermənilərdir".

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, beynəlxalq geo-siyasi vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü, işğalçılıq siyasəti, sepatizm mərəzinin təhlükəsini dünyaya göstərir:

"Bizim mövqeləri gücləndirən hadisələr yaşandı - yaxşı, beynəlxalq hüquqa, məntiqə, faktiki vəziyyətə, rusların ikiüzlülüyünə, ermənilətin aşkar cığallığına görə haqlı olan biz, bəs nədən mediada, piar işlərində, məlumat yaymaqda uduzuruq?! Qərbin, Rusiyanın ermənipərst olduğunu deyib-durmayın, bu həlledici deyil - əsl səbəb odur ki, 44 günlük gözəl hərbi qələbədən sonra bizim hökumət arxayınlaşdı, müharibə dövründə apardığı effektiv media siyasətini unutdu, hər şeyi pulla ala biləcəyini düşündü, ölkəyə, xalqa qələbənin dividendlərini "daddırmadı", heç bir islahat aparmadı, mənasız yerə sərtləşdi, heç bir təhlükə yaratmayan insanları həbs etdi. Əsas problem, əsas dərd budur".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər