QHT Agentliyi 3 ayın təşkilatına qrant ayırıb: "Elə təşkilatlar var ki, illərdir qeydə alınmır, bu isə..."
Tarix: 18-08-2023 17:42 | Bölmə: Siyasət
QHT Agentliyi 3 ayın təşkilatına qrant ayırıb: "Elə təşkilatlar var ki, illərdir qeydə alınmır, bu isə..."

"QHT Agentliyi 3 ayın təşkilatına 8000 manat qrant ayırıb".

Reyting.az
xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, "Jurnalistika Sənətkarlığına Dəstək" ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib:

"İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır. QHT Agentliyində belə bir qayda var ki, müsabiqədə ən azı bir il fəaliyyəti olan təşkilatlara qrant verilə biləcvək. Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi. Agentlik isə qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil".

S. Adıgözəlli qeyd edib ki, elə təşkilatlar var 5-10 ildir qeydiyyat probleminə görə gözləyir: "Bunlar isə bir zəngə hər işlərini görürlər.
"Jurnalistika Sənətkarlığına Dəstək" birliyinin müsabiqədə qalib olmasının arxasında icraçı direktor Aygun Aliyeva şəxsən dayanır".

S. Adıgözəlli yazıb ki, araşdırmalarını davam etdirir: "Bildirmək istəyirəm ki, adıçəkilən təşkilatlar, şəxslərə qarşı heç bir qərəzi yoxdur. Məsələ Dövlət Agentliyinin yol verdiyi qanunsuzluqları gündəmə gətirməkdir".

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}