İlqar Məmmədov: "İstefam müqabilində partiyanı qeydiyyata almaq istəyirlər"
Tarix: 19-08-2023 10:11 | Bölmə: Siyasət
İlqar Məmmədov: "İstefam müqabilində partiyanı qeydiyyata almaq istəyirlər"

"Öz etiraflarına görə Yeni Azərbaycan Partiyasına (YAP) xidmət edən qəzetlər neçə vaxtdır dirənib ki, İlqar Məmmədov Respublikaçı Alternativ Partiyasının sədrliyindən istefa versin".

Reyting.az
xəbər verir ki, bunu adı çəkilən partiyanın sədri İlqar Məmmədov bildirib.

O, dünən dərc olunmuş daha bir yazını nümunə gətirərək ehtimal edib ki, yəqin ancaq istefam müqabilində partiyanı təkrar dövlət qeydiyyatına almağa razıdırlar.

Məmmədov xatırladıb ki, 10 ildir şəxsən onu heç bir seçkiyə buraxmırlar, indi isə siyasətdən getməsini tələb edirlər:

"Xatrladıram, növbəti iki seçkidə partiyamıza uğur qazandıra bilməsəm sədrlikdən gedərəm. Odur ki, qeydiyyatımızı təmin edin, seçkidə yarışaq. Bu məsələlər YAP-ın belə istəməsi ilə deyil".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}