TDT ölkələrinin növbəti sammitinin vaxtı məlum olub
Tarix: 21-08-2023 13:16 | Bölmə: Siyasət
TDT ölkələrinin növbəti sammitinin vaxtı məlum olub

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

TDT-nin mətbuat xidməti xəbər verir ki, təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}