14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
BRİKS-i genişləndirmək istəyirlər, üzv olmağa iddialılar var
Tarix: 23-08-2023 20:02 | Bölmə: Siyasət
BRİKS-i genişləndirmək istəyirlər, üzv olmağa iddialılar var

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) liderləri assosiasiyaya yeni üzvlərin qəbulunun prinsiplərini əks etdirən sənəd üzərində razılığa gəliblər. Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Afrika Respublikasının Xarici işlər və əməkdaşlıq naziri Naledi Pandora istinadla məlumat yayıb.

Nazir yerli “Ubuntu” radiostansiyasına müsahibəsində deyib ki, bu gün BRİKS-in genişləndirilməsi məsələsi ilə bağlı razılıq əldə olunub: “BRİKS-ə üzv olmaq istəyən ölkələr üçün prinsip və şərtləri, eləcə də prosesi müəyyən edən sənəd təsdiq edilib”.

Pandor bildirib ki, BRİKS-in genişləndirilməsi ilə bağlı daha ətraflı məlumat liderlər tərəfindən sammitin sonunda veriləcək. "Bir çox ölkələrin BRİKS-ə qoşulmaq istəməsi təəccüblüdür. Bu, müasir dünyada assosiasiyanın xüsusi rolunu göstərir", deyə nazir əlavə edib.

Qeyd edək ki, yanvar ayından BRİKS ölkələri genişlənmə konsepsiyasını və onun həyata keçirilməsi prinsiplərini hazırlayır. BRİKS-ə qoşulmaq üçün 22 ölkə rəsmi müraciət edib. Bunlar Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Kuba, Küveyt, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin Dövləti, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland və Efiopiyadır.

Sammit çərçivəsində BRİKS-ə qoşulma perspektivinin 3-5 dövlət üçün açıq olacağı barədə məlumatlar var. Onların arasında Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı var.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}