Politoloq: "Putin bir müddət görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb"
Tarix: 24-08-2023 08:32 | Bölmə: Siyasət
Politoloq: "Putin bir müddət görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb"

"Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə olduğu 23 ildə ona ən ağır şilləni keçmiş dostu Priqojin vurdu. O, qiyam qaldırdı, iki şəhəri müqavimətsiz ələ keçirdi, ordu dondu qaldı, onu gül-çiçəklə qarşılayıb, gül-çiçəklə yola saldılar".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şükürlü “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümündən danışarkən bildirib.

O, qeyd edib ki, Rusiya prezidenti Putin bir müddət görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb, bundan sonra Priqojin müxtəlif yerlərdə peyda olurdu, ancaq hər dəfə deyirdim və yazırdım ki, V. Putin ona qarşı çıxanları heç zaman bağışlamır: "Nəticədə Putin Priqojini illər öncə Londonda ağır maddələrlə zəhərlədiyi digər keçmiş düşməni Litvinenkonun yanına göndərdi".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}