Ekspert: "Priqojinin öldürülməsi rus elitası daxilində qarşılıqlı inamsızlığı artıracaq"
Tarix: 24-08-2023 09:00 | Bölmə: Siyasət
Ekspert: "Priqojinin öldürülməsi rus elitası daxilində qarşılıqlı inamsızlığı artıracaq"

"Priqojin uzun illərdən bəri rus siyasi elitasında öldürülən ilk şəxsdir. Son 50 ildə SSRİ-Rusiya tarixində elitalar arasında hətta ən ciddi qarşıdurmalar zamanı çox nadir hallarda kimsə öldürülüb. Yəni toxunulmazlıqla bağlı müəyyən konsesus olub, kimsə həbs oluna, təqib edilə bilərdi, amma həyat üçün bir “qırmızı xətt” var idi. Bu cür banal və kobud şəkildə ölüm faktı ilk dəfədir. Səhv etmirəmsə, digər öldürülən general Lebedev olub. Nemtsovun öldürülməsi də bir “qırmızı xətt” idi, ancaq o, hər halda deyək ki, müxalif idi".

Reyting.az
xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Fuad Çıraqov “Vaqner”in rəhbəri Priqojinin öldürülməsinə münasibət bildirərkən deyib.

F. Çıraqovun qənaətincə, bu hadisə rus elitası daxilində qarşılıqlı inamsızlığı artıracaq, verilən vədə baxmayaraq, kiminsə həyatı təminat altında olmayacaq: “Yəni mübarizə daha amansız olacaq: ya sən onları, ya da onlar səni prinsipi ilə fəaliyyət göstərəcəklər”.

Ekspert düşünür ki, bu cür öldürülmə acizlikdir: “Hakimiyyət o zaman güclü görünərdi ki, həbs edilib uzun müddət içəridə saxlanardı, ya da elə qiyam vaxtı yerindəcə öldürülərdi. Yəni, əvvəlcə görüşüb, razılıq əldə edilib, sonra öldürülməzdi".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}