Politoloq: "Sərsəng su anbarının azad olunması aktuallaşıb"
Tarix: 26-08-2023 10:29 | Bölmə: Siyasət
Politoloq: "Sərsəng su anbarının azad olunması aktuallaşıb"

"Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin işğal altındakı Sərsəng su anbarı ilə bağlı yaydığı birgə bəyanat Qarabağın əsas su ehtiyatı mənbəyinin azad olunması məsələsini aktuallaşdırıb".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bəyanatda da vurğulandığı kimi, su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur.

E. Şahinoğlu əlavə edib ki, separatçılar və onları himayə edənlər söz eşitmirlərsə, məsələnin güc yolu ilə həllinə üstünlük verməliyik:

"Əlbəttə, erməni separatçıları və Ermənistan hakimiyyəti yenə haray-həşir salacaq, məsələni BMT müstəvisinə çıxarmağa çalışacaqlar. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar ayında Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnamə bizə məsələnin istədiyimiz şəkildə həllinə geniş manevr imkanı yaradır. İnsanlarımızı azad olunmuş bölgələrə köçürürük, kənd təsərrüfatı çalışmalarında suya ehtiyac yaranacaq. Bu səbəbdən də su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının nəzarətimizə keçməsinin əhəmiyyəti böyükdür".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}