14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Erməni deputat: “Xankəndidə səkkiz nəfər Arutyunyana təzyiq edir”
Tarix: 30-08-2023 12:15 | Bölmə: Siyasət
Erməni deputat: “Xankəndidə səkkiz nəfər Arutyunyana təzyiq edir”

“Xankəndi şəhərində başqa problemləri həll edən gözəgörünməz oyunçular var”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

A. Köçəryan bildirib ki, Xankəndi şəhərində səkkiz nəfər Araik Arutyunyana (separatçıların başçısın nəzərdə tutur-red.) təzyiq edir: “Onlardan biri Ruben Vardanyandır. Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır.

Bəs qalan yeddi nəfər kimlərdir? Araik Arutyunyanı istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir? Bilirəm. Bu məlumat ictimaiyyətə açıqlanmalıdır”.

Erməni deputat qeyd edib ki, Xankəndidəki qeyri-sabitliyin Ermənistana keçməsini istəyən bu adamlar, troya atları kimdir.

A. Köçəryanın sözlərinə görə, Xankəndidəki problemlər A. Artunyan və qurulan “sistem” vasitəsilə həll edilməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}