14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Politoloq: "TEKNOFEST Azərbaycana siyasi baxımdan da əhəmiyyətlidir"
Tarix: 31-08-2023 08:27 | Bölmə: Siyasət
Politoloq: "TEKNOFEST Azərbaycana siyasi baxımdan da əhəmiyyətlidir"

Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar TEKNOFEST sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib. Bildirib ki, Qarabağdakı qələbədən sonra Azərbaycanda böyük TEKNOFEST festivalı keçirilib və yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırlar. Əslində Bayraktar Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Reyting.az
-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu şərh edərkən bildirib ki, Azərbaycanda TEKNOFEST festivalının keçirilməsi ölkəmiz üçün hərbi nöqteyi-nəzərdən, o cümlədən hərbi-sənaye kompleksinin inkişafına təkan verməklə yanaşı siyasi baxımdan da əhəmiyyətlidir.

E. Şahinoğlu deyib ki, Türkiyə prezidenti R. T. Ərdoğan S. Bayraktarı gələcək varisi kimi siyasətdə irəli çəkəcəksə, ölkəsinin gələcək liderliyinə iddialı olacaq şəxsin texnoloji çalışmalarına indidən ortaq olmağa ehtiyac var: “Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə paytaxt Ankarada TEKNOFEST sərgisində Bayrakdarın çıxışını on minlərlə insan dinləyirdi, onun hər sərgisinə isə milyonlarla insan qatılır. Bu, böyük gücdür".

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}