14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
XİN: "Ermənistanın təxribatları ciddi şəkildə qınamalıdır"
Tarix: 01-09-2023 12:21 | Bölmə: Siyasət
XİN: "Ermənistanın təxribatları ciddi şəkildə qınamalıdır"

Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatları ciddi şəkildə qınamağa çağırıb.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, avqustun 31-də və sentyabrın 1-də Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar:

"Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb. Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır. Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür. Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}