14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zelenski Krımı azad etməyin iki yolunu bilir
Tarix: 01-09-2023 16:34 | Bölmə: Siyasət
Zelenski Krımı azad etməyin iki yolunu bilir

Ukrayna prezidenti Vladimir Zelenski elan edib ki, Donbass və Krım əraziləri qaytarılmadan Ukraynada davamlı sülh olmayacaq.

Reyting.az
xəbər verir ki, Zelenski Krımı işğaldan azad edə biləcəyini əhəmiyyətli addım sayır.

Onun sözlərinə görə, Krımı işğaldan azad etməyin iki yolu var: hərbi və diplomatik. Lakin sonda bu və ya digər metodun seçilməsinə düşmənin davranışı təsir edəcək.

“Bu, diplomatik və ya hərbi yolla həll oluna bilər. Əgər Rusiya qoşunları əlavə təzyiq olmadan yarımadanı tərk edərsə, bu, insanların həyatını xilas edəcək”, - deyə Zelenski əlavə edib.

Ukrayna lideri vurğulayıb ki, Donbass və Krım əraziləri qaytarılmadan nə Ukraynada, nə də Avropada davamlı sülh olmayacaq: “Kiyev və onun beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının bu ərazilərə olan hüquqlarını tanımır, ona görə də daim xaos yaranacaq”.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti V. Zelenski Krım Platformasının üçüncü sammitinin yekunlarına dair brifinq çərçivəsində Krımı işğalçıların iştirakı olmadan Ukraynanın bir hissəsi kimi necə gördüyünü demişdi. Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri gec-tez bu ərazini işğaldan azad edəcək və orada Ukrayna bayrağı qaldırılacaq.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}