14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Prezident: “Qazaxıstan nüvə istehsalına sahib olmalıdır”
Tarix: 02-09-2023 20:23 | Bölmə: Siyasət
Prezident: “Qazaxıstan nüvə istehsalına sahib olmalıdır”

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkədə atom elektrik stansiyasının tikilib-tikilməyəcəyinə qərar vermək üçün referendum keçiriləcəyini bildirib.

Reyting.az
xəbər verir ki, Qazaxıstan lideri dünən yeni qanunvericilik sessiyasının açılışında çıxış edib.

Ölkədə nüvə energetikasının inkişafının mühüm iqtisadi və siyasi məsələyə çevrildiyini bildirən prezident Tokayev deyib:

“Ölkəmizdə AES tikintisinin mümkünlüyü ilə bağlı müxtəlif fikirlər var. Bir tərəfdən Qazaxıstan, dünyanın ən böyük uran istehsalçısı öz nüvə istehsalına sahib olmalıdır. Mütəxəssislər kiçik reaktorlu elektrik stansiyalarının tikintisini dəstəkləyir. Digər tərəfdən, bir çox vətəndaşlar və bəzi ekspertlər atom elektrik stansiyalarının təhlükəsizliyindən narahatdırlar”.

Bu məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayan Tokayev xatırladıb ki, 2019-cu il prezident seçkiləri kampaniyasında strateji əhəmiyyətli məsələlərlə bağlı qərarların referendumla qəbul ediləcəyinə söz verib.

Atom elektrik stansiyasının tikilib-tikilməməsi məsələsinin ölkənin gələcəyi üçün önəmli olduğunu vurğulayan Tokayev bildirib ki, bu məsələnin referenduma çıxarılmasını təklif edir:

“Referendumun tarixinə sonra qərar verəcəyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}