Ukraynanın müdafiə naziri istefa verir
Tarix: 04-09-2023 11:24 | Bölmə: Siyasət
Ukraynanın müdafiə naziri istefa verir

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa ərizəsi yazıb. Reyting.az-ın məlumatına görə, o, bu barədə özünün Facebook səhifəsində məlumat yayıb.

Müdafiə naziri qeyd edib ki, artıq istefa ərizəsini Ali Radaya təqdim edib və bununla Ukrayna prezidentini dəstəkləmək istəyir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkənin müdafiə nazirini dəyişmək qərarına gəldiyini açıqlamışdı.

Aleksey Reznikovun əvəzinə bu vəzifəni Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov tutacaq.

Politoloq Yuri Svetovun sözlərinə görə, Ukrayna hakimiyyəti nazirin dəyişdirilməsini Vaşinqtonla razılaşıb. Y. Svetov xatırladıb ki, Reznikova və Müdafiə Nazirliyinə qarşı çoxdandır korrupsiya ittihamları eşidilirdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər