Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyulub
Tarix: 05-09-2023 11:43 | Bölmə: Siyasət
Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyulub

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyulub.

Reyting.az
xəbər verir ki, bu barədə Bakupost.az-a Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.

Qeyd edək ki, Qubad İbadoğlu iyul ayında həbs edilib.

O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər