Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-04-2016 15:43 | Bölmə: Siyasət

"El hərəkatının fəaliyyətini indiki halda "sosial şəbəkə” kimi qiymətləndirmək olar”.
Reyting.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında "Azərbaycan Naminə” İctimai Forumun prezidenti, El hərəkatının sədri Eldar Namazov deyib. O, sədri olduğu qurumun uzun müddət fəaliyyətsiz olmasına münasibət bildirərək qeyd edib ki, hazırkı durumda El hərəkatının mövcud statusunu dəyişmək niyyətində deyillər: "Hərəkatda olan dostlarımızla biz indi də bir yerdəyik. Həm Bakıda, həm də rayonlardakı dostlarımızla daimi təmasdayıq. Faktiki olaraq, indi El hərəkatının statusunu sosial şəbəkə kimi qiymətləndirmək olar. Çünki yalnız daimi əlaqələr var. Bizim ümumi fikrimiz ondan ibarətdir ki, hazırda Azərbaycan xalqının güdəliyində önə çıxan ciddi məsələlər var. Bu, Dağlıq Qarabağ problemi, cəbhədəki son əməliyyatlardan sonra yaranmış yeni durumdur. Dağlıq Qarabağ uğrunda mübarizə indi yeni, həlledici mərhələyə qədəm qoyur. Digər tərəfdən, neftin qiymətinin aşağı düşməsi Azərbaycanda yeni sosial-iqtisadi durum yaradıb və ölkədə ciddi islahatların aparılması gündəmə gəlib. Biz hesab edirik ki, yalnız bu sahələrdə müəyyən təşəbbüslərlə çıxış etmək daha vacibdir, nəinki El hərəkatının gələcək taleyi. Yaxın zamanlarda fəaliyyətimiz yalnız sadaladığım istiqamətlərdə olacaq və hələ ki, hərəkatın "sosial şəbəkə” statusunu dəyişmək niyyətində deyilik".
E.Namazov təsisçilərindən olduğu Milli Şura haqqında da danışıb: "Mənə elə gəlir ki, Milli Şuranın fəaliyyətini onlar özləri qiymətləndirməlidir. O vaxtkı Milli Şura ilə indiki ayrı-ayrı qurumlardır. Mən Milli Şuradan uzaqlaşan 45-ci və ya 50-ci adam idim. Görəndə ki, əvvəlki Milli Şuranı qoruyub saxlamaq mümkün deyil və proses artıq başa çatmaq üzrədir, onda mən buna etiraz etdim. Ancaq bu proses baş verdi və qarşısı alınmadı. Mən də o qurumdan uzaqlaşdım”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər