Bakıda TDT ölkələrinin nazirləri bəyannamə imzalayıb
Tarix: 07-09-2023 11:39 | Bölmə: Siyasət
Bakıda TDT ölkələrinin nazirləri bəyannamə imzalayıb

Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü başa çatıb.

Reyting.az
xəbər verir ki, iclasın sonunda bəyannamə imzalanıb.

İclasda Türk dövlətləri təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qırğızıstan fövqəladə hallar naziri Boobek Ajıkeev, Özbəkistan fövqəladə hallar naziri Abdulla Kuldaşev, Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov, Türkiyə daxili işlər naziri Əli Yerlikaya, Şimali kipr Türk Respublikası daxili işlər naziri Dursun Oğuz iştirak ediblər.




Bölməyə aid digər xəbərlər